“Miami Open” turnirində gənc tennisçi oyun zamanı huşunu itirdi – FOTO

Mar19,2024

ABŞ-nin Florida ştatında keçirilən “Miami Open” turnirində gənc tennisçi oyun zamanı huşunu itirib.   

Hadisə 21 yaşlı Artur Kazo adlı tennisçinin fransalı Harold Mayo ilə həlledici qarşılaşması zamanı baş verib. Rəqibinə cavab ötürməsi etmək istəyən oyunçu qəflətən yerə yıxılıb və bir müddət huşsuz qalıb.

Daha sonra onun köməyinə hakim və həkimlər gəliblər.

Oyunçunun əvvəl də matç zamanı qıcolmalardan şikayət etdiyi məlum olub.

Oxşar Xəbərlər