“Microsoft”un bazar dəyəri 2 trilyon dolları ötüb

İyn25,2021

“Microsoft Corp.” ABŞ-da bazar dəyəri 2 trilyon dollar səddini keçən “Apple İnc.”dən sonra ikinci şirkət olub.

“QİA.az” xarici KİV-ə istinadən xəbər verir ki, ötən gün hərraclarda “Microsoft”un səhmləri 0,5 faiz bahalaşaraq 266,9 ABŞ dollarından satılıb. Beləliklə, şirkətin ümumi dəyəri 2.009 milyard dollar təşkil edib.

Qeyd edək ki, şirkət səhmləri 2020-ci ilin mart ayında, yəni pandemiyanın əvvəlində minimum həddinə endikdən sonra həmin vaxtdan indiyədək 96 faiz bahalaşıb.

İlk dəfə 2 trilyon dollarlıq səddi ötən ilin avqust ayında keçmiş “Apple” şirkəti isə ötən gün 0,2 faiz ucuzlaşsa da, hazırda 2,2 trilyon dollardan bahadır.

Oxşar Xəbərlər