İqtisadiyyat naziri Mikayıl Cabbarov nazirliyin Vətən Müharibəsində iştirak edən əməkdaşları ilə bu gün görüşüb.
“QİA.AZ” xəbər verir ki, bu barədə M.Cabbarov özünün “Tvitter”dəki hesabında qeyd edib.
O bildirib ki, Ali Baş Komandanın qətiyyəti, müzəffər Ordumuzun şücaəti ilə Azərbaycan böyük zəfər qazanıb: “Haqq savaşımızda şəhid olanlara Allahdan rəhmət diləyirəm. Vətən Müharibəsi iştirakçıları arasında İqtisadiyyat Nazirliyinin 131 əməkdaşı da var. Bu gün qəhrəmanlarımızla görüşdük”.