Mikayıl Cabbarov: “Qarabağın dirçəlişi qeyri-neft sektorunun inkişafına təkan verəcək”

Yan25,2021
Mikayıl Cabbarov: "Qarabağın dirçəlişi qeyri-neft sektorunun inkişafına təkan verəcək"

“Qarabağın dirçəlişi və bu bölgədə olan zəngin təbii sərvətlərimizin ölkəmizin iqtisadi sisteminə inteqrasiyası qeyri-neft sektorunun inkişafına ciddi təkan verəcək”.

“QİA.AZ” xəbər verir ki, bunu Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov “Facebook” sosial şəbəkəsindəki hesabında qeyd edib.

Xatırladaq ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevin fərmanı ilə yaradılan “Qarabağ Dirçəliş Fondu”nun Müşahidə Şurasının sədri təyin edilib. Fondun Müşahidə Şurasına ölkənin ictimai-siyasi və mədəni sahədə çalışan doqquz nəfər üzvü təyin edilib.

Oxşar Xəbərlər