Mikayıl Cabbarov Səudiyyə Ərəbistanının Həcc və Ümrə naziri ilə görüşüb – YENİLƏNİB + FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə naziri Taufiq bin Fauzən Əl Rabiə ilə görüşüb.

Bu barədə İqtisadiyyat Nazirliyindən bildirilib. 

Tərəflər Azərbaycan-Səudiyyə Ərəbistanı iqtisadi-ticarət əlaqələrinin, investisiya tərəfdaşlığının və biznes dairələri arasında işgüzar münasibətlərin genişlənməsindən məmnunluq ifadə edib, sənaye, enerji, infrastruktur və  digər sahələrdə birgə layihələrin həyata keçirilməsi imkanlarını nəzərdən keçiriblər.

Görüşdə turizm sahəsində əməkdaşlığın genişləndirilməsi, bu sahəyə Səudiyyə Ərəbistanı şirkətləri tərəfindən investisiyaların yatırılması məsələləri müzakirə olunub.Tərəflər əlaqələrin inkişafı, iqtisadi, investisiya və turizm potensialının təşviqi istiqamətində tədbirlərin təşkilinə dair fikir mübadiləsi aparıblar.

14:31

İqtisadiyyat naziri Mikayıl Cabbarov Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə naziri Taufiq bin Fauzən Əl Rabiə ilə görüşüb.

O, bu barədə öz “X” hesabında paylaşım edib.

Bildirilib ki, görüşdə ölkələrimiz arasında münasibətlərin dinamik inkişafını məmnunluqla vurğulanıb.

Oxşar Xəbərlər