Mikayıl Cabbarov və Emin Hüseynov Ağdam Sənaye Parkında görülən işlərlə tanış olublar – FOTO

May10,2024

“Ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümü qeyd edilən bu əlamətdar tarixdə Ağdam Sənaye Parkında Azərbaycan Respublikası Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəsi Emin Hüseynov və həmkarlarla birlikdə bir neçə müəssisədə görülən işlər və yaradılan infrastrukturla tanış olduq”.

QİA.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesabında yazıb.

“İşğaldan azad edilmiş ərazilərimizin biznes potensialının reallaşdırılması, qeyri-neft sektorunun inkişafı, məşğulluq səviyyəsinin yüksəldilməsi və rəqabətqabiliyyətli məhsul istehsalının artırılması kimi istiqamətlərdə həyata keçirilən təşəbbüslərdə fəal iştirak edən Sənaye Parkının hər bir rezidentinə və əməkdaşına təşəkkürlərimizi çatdırır, uğurlar arzulayırıq”, – deyə nazir qeyd edib.

Oxşar Xəbərlər