İtaliyanın “Milan” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
QİA.az xəbər verir ki, A Seriyası təmsilçisi “Roma”dan Temmi Abrahamı icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İngiltərəli forvard 2024/2025 mövsümünü “Milan”ın heyətində keçirəcək.
Qeyd edək ki, “Roma” Temmi Abrahamı 2021-ci ilin yayında “Çelsi”dən transfer edib.