Millət vəkili: Gücümüz çatan qədər imkansız insanlara dəstək olaq

“Ramazan ayının son on günlüyünü yaşayırıq. Çalışaq ki, son on günün feyz və bərəkətindən daha çox yararlanaq. Rəbbimizə daha çox dua edək, gücümüz çatan qədər imkansız insanlara dəstək olaq”.

QİA.AZ xəbər verir ki, bu fikirləri millət vəkili, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov sosial şəbəkə hesabında yazıb. 

“Bölücülükdən, təfriqədən, bir-birini bəyənməməkdən, müsəlman qardaş və bacılarımıza dil uzatmaqdan uzaq olaq” – deyə C.Məmmədov paylaşımında qeyd edib. 

O, Ramazanın birlik və həmrəylik ayı olduğunu vurğulayıb:

“Bu mübarək ayda Rəbbimizə, birlik və həmrəyliyimizə xələl gətirən əməllərdən uzaq olacağımıza dair əhd edək. Allah bütün oruc və duaları qəbul etsin, dövlətimizi, xalqımızı, birlik və həmrəyliyimizi qorusun, bütün şəhidlərimizə rəhmət etsin!”

Oxşar Xəbərlər