Millətlər Liqasında qrup mərhələsi başa çatır

Noy18,2020
Millətlər Liqasında qrup mərhələsi başa çatır

Bu gün UEFA Millətlər Liqasında qrup mərhələsinə yekun vurulacaq.

“QİA.AZ”ın məlumatına görə, VI turun son oyun günündə A, B və C Liqalarında ümumilikdə 18 qarşılaşma baş tutacaq.

A Liqasının 1-ci qrupunda İtaliya millisi Bosniya və Herseqovinanın, Niderland yığması isə Polşanın qonağı olacaq. Bosniya və herseqovinalılardan başqa, digər 3 komandanın pley-off şansı davam edir.

2-ci qrupda Belçika və Danimarka lideri müəyyənləşdirmək üçün mübarizə aparacaq. Digər matçda İngiltərə millisi İslandiyanı sınağa çəkəcək.

B Liqasında 1-ci qrupunda lider Avstriya ikinci pillədə qərarlaşan Norveç seçməsini qəbul edəcək. Bu qarşılaşma qrupun qalibini müəyyənləşdirəcək. 2-ci qrupda pley-offa çıxmağa iddialılardan Şotlandiya səfərdə İsrail, Çexiya isə evdə Slovakiya ilə üz-üzə gələcək.

3-cü qrupda da bütün suallara son turda aydınlıq gələcək. 6 xalla 3-cü pillədə qərarlaşan Türkiyə millisi qrupdan çıxmaq üçün səfərdə Macarıstanı udmalı və Rusiyanın Serbiya ilə matçda xal itirməsini gözləməlidir.

B Liqasının 4-cü qrupunda əsas diqqətlər Uels – Finlandiya görüşünə yönələcək. 13 xalla zirvədə yer alan britaniyalılar özlərindən 1 xal az toplayan rəqibi ilə qarşılaşmada mövqeyini qorumağa çalışacaq.

D Liqasının 3-cü qrupunda Yunanıstan və Sloveniya yığmaları pley-offa vəsiqənin taleyini öz aralarındakı oyunda həll edəcəklər. 4-cü qrupda isə Albaniya – Belarus matçı həlledici olacaq.

UEFA Millətlər Liqası

VI tur

A Liqası

1-ci qrup

23:45. Bosniya və Herseqovina – İtaliya

23:45. Polşa – Niderland

Xal durumu: İtaliya – 9, Niderland – 8, Polşa – 7, Bosniya və Herseqovina – 2.

2-ci qrup

23:45. İngiltərə – İslandiya

23:45. Belçika – Danimarka

Xal durumu: Belçika – 12, Danimarka – 10, İngiltərə – 7, İslandiya – 0.

B liqası

1-ci qrup

23:45. Şimali irlandiya – Rumıniya

23:45. Avstriya – Norveç

Xal durumu: Avstriya – 12, Norveç – 9, Rumıniya – 4, Şimali İrlandiya – 1

2-ci qrup

23:45. İsrail – Şotlandiya

23:45. Çexiya – Slovakiya

Xal durumu: Şotlandiya – 10, Çexiya – 9, İsrail – 5, Slovakiya – 4

3-cü qrup

23:45. Serbiya – Rusiya

23:45. Macarıstan – Türkiyə

Xal durumu: Rusiya – 8, Macarıstan – 8, Türkiyə – 6, Serbiya – 3

4-cü qrup

23:45. İrlandiya – Bolqarıstan

23:45. Uels – Finlandiya

Xal durumu: Uels – 13, Finaldniya – 12, İrlandiya – 2, Bolqarıstan – 1.

C Liqası

2-ci qrup

21:00. Ermənistan – Şimal Makedoniya

21:00. Gürcüstan – Estoniya

Xal durumu: Şimali Makedoniya – 9, Ermənistan – 8, Gürcüstan – 6, Estoniya – 2.

3-cü qrup

23:45. Kosovo – Moldovo

23:45. Yunanıstan- Sloveniya

Xal durumu: Sloveniya – 13, Yunanıstan – 12, Kosovo – 2, Moldova – 1.

4-cü qrup

19:00. Qazaxıstan – Litva

19:0. Albaniya – Belarus

Xal durumu: Belarus – 10, Albaniya – 8, Litva – 5, Qazaxıstan – 4.

Oxşar Xəbərlər