Sabah – iyunun 18-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclası keçiriləcək.
“QİA.AZ“ın xəbərinə görə, komitə iclasının gündəliyinə 1 məsələ daxil edilib.
Toplantında deputatlar Niderland Krallığı ilə ikitərəfli münasibətlərə dair müzakirələr aparacaqlar.