Milli Məclisin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Azərbaycan xalqına müraciət edilməsi ilə bağlı komissiya yaradılıb.
“QİA.AZ” xəbər verir ki, bu barədə Milli Məclisin Sədri Sahibə Qafarova məlumat verib.
Komissiyanın tərkibinə Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, deputatlar Erkin Qədirli, Nizami Cəfərov, Nigar Arapadarai, Tural Gəncəliyev daxil edilib.