Milli Məclisdə büdcə müzakirələri keçirilir

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin və İntizam komissiyasının birgə iclası keçirilir.

Birgə iclasda gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlər müzakirə edilir.

Müzakirələrdə maliyyə naziri Samir Şərifov, ombudsman Səbinə Əliyeva, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov və deputatlar iştirak edirlər.

Qeyd edək ki, 2022-ci ildə Azərbaycan dövlət büdcəsinin gəlirləri, rəsmi proqnozlara əsasən, 2021-ci illə müqayisədə 5,4 faiz artaraq 26,82 milyard manat təşkil edəcək.

Dövlət büdcəsinin xərcləri isə gələn il 29,89 milyard manata bərabər olacaq. Bu, 2021-ci illə müqayisədə 4,7 faiz çoxdur.

Oxşar Xəbərlər