Milli Məclisin deputatları işğaldan azad edilən ərazilərə gedəcək

Deputatlar işğaldan azad olan torpaqlarda yaranmış vəziyyətlə tanış olacaq, həmin ərazilərdə aqrar sahənin inkişafı üçün vacib məsələləri müzakirə edəcək.

“QİA.AZ”ın xəbərinə görə, bu barədə məsələ Milli Məclisin Aqrar siyasət komitəsinin 2021-ci il yaz sessiyası üçün iş planında əksini tapıb.

Eyni zamanda komitə üzvlərinin Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət etməsi, qazilər, müharibə iştirakçıları ilə görüşlər keçirməsi iş planına daxil edilib.

Oxşar Xəbərlər