Milli Məclisin payız sessiyasının növbəti plenar iclaslarının vaxtı açıqlanıb.
Parlamentin növbəti toplantıları noyabrın 23-ü və 24-də keçiriləcək.
İclasda gələn ilin dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri və digər qanunlara dəyişiklik layihələri ikinci oxunuşda müzakirəyə çıxarılacaq.