Milli Qurtuluş Günü münasibəti ilə Ağstafada tədbir və bayram konserti keçirilib

İyn13,2021

15 İyun – Milli Qurtuluş Günü münasibəti ilə Ağstafada ümumrayon tədbiri, geniş bayram konserti keçirilib.

Bu barədə “QİA.az”a Ağstafa Regional Mədəniyyət İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

Tədbir iştirakçıları ilk öncə Heydər Əliyev adına mədəniyyət və istirahət parkında xalqımızın Ümummilli Liderinin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Bayram münasibəti ilə Ağstafa rayon İcra Hakimiyyətinin dəstəyi və Ağstafa Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə açıq hava şəraitində qurulmuş sərgidə ulu öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyətini əks etdirən kitablar, istedadlı uşaqların çəkdikləri rəsmlər, eləcə də tarixi-mədəni eksponatlar nümayiş etdirilmiş, konsert təşkil olunub. Konsertdə Ağstafa rayon Uşaq Musiqi Məktəbinin şagird və müəllimlərinin, yerli mədəniyyət və incəsənət nümayəndələrinin təqdimatında ulu öndərin sevdiyi ve ona həsr olunmuş mahnılar ifa edilib, şeirlər səsləndirilib və rəqs nömrələri nümayiş etdirilib.

Bayram münasibətilə təşkil olunmuş sərgi və konsert proqramı rayon sakinləri tərəfindən geniş maraq və rəğbətlə qarşılanmışdır.

Oxşar Xəbərlər