Millimiz Avropa çempionatını 2 medalla başa vurub

Apr18,2021 #Cüdo #Medal #Millimiz

Azərbaycan cüdoçusu Zelim Kotsoyev Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avropa çempionatında bürünc medal görüşünə çıxıb.

“QİA.az”ın məlumatına görə, 100 kq çəki dərəcəsində çıxış edən 23 yaşlı idmançının rəqibi rusiyalı Niyaz İlyasov olub.

Görüşün başa çatmasına 1 dəqiqə 10 saniyə qalmış Kotsoyev rəqibini ipponla məğlub edib.

Beləliklə, Azərbaycan millisi Avropa çempionatını 2 bürünc medalla başa vurub. Daha əvvəl Kəramət Hüseynov (60 kq) da fəxri kürsüyə qalxıb.

Ən son xəbərləri bizdən oxuyun.

QİA.az

Oxşar Xəbərlər