Millimiz Avropa çempionatının hazırlıqlarına başlayıb.

İyn28,2021

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatına hazırlıq məqsədilə Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təlim-məşqlərə start verib.

QİA.AZın məlumatına görə, 15 oyunçu yığmanın baş məşqçisi Vüqar Əliyevin rəhbərliyi altında toplanışa qatılıb. Eldar Yusubov, Famil Ağayev və Emin Əbilovun köməkçi-məşqçi olduqları komandanın hazırlığı avqustun 11-dək davam edəcək.

Qeyd edək ki, 18 avqust – 4 sentyabrda keçiriləcək Avropa çempionatının final mərhələsində 24 komanda 4 qrupda mübarizə aparacaq. Oyunlara 4 ölkə – Bolqarıstan, Rumıniya, Serbiya və Xorvatiya ev sahibliyi edəcək. A qrupunda mübarizə aparacaq Azərbaycan millisinin rəqibləri ev sahibi Serbiya ilə yanaşı, Belçika, Rusiya, Fransa, Bosniya və Herseqovina yığmaları olacaq.

Oxşar Xəbərlər