Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti matçına çıxacaq.
QİA.az xəbər verir ki, Siyasət Əsgərovun yetirmələri B liqasının I qrupunda son ev görüşündə Macarıstanı qəbul edəcəklər. Komandamız qalib gəlsə, qrup sonuncusu olmayacağı rəsmiləşəcək. Bu, həm çempionatın pley-offuna vəsiqə qazandıracaq, həm də millimiz B liqasında qalacaq.
Qeyd edək ki, yığma komanda dörd gündən sonra səfərdə İsveçrə ilə üz-üzə gələcək.