UEFA Millətlər Liqasının qrup mərhələsinin VI turunda Lüksemburqun qonağı olacaq Azərbaycan millisi sözügedən ölkəyə gedib.
“QİA.AZ” AFFA-nın saytına istinadən xəbər verir ki, yığmanı hava limanında bir qrup azarkeş qarşılayıb. Onlar komandaya uğurlar arzulayıblar.
Qeyd edək ki, noyabrın 17-də keçiriləcək Lüksemburq – Azərbaycan oyunu noyabrın Bakı vaxtı ilə saat 23:45-də keçiriləcək.