İdmanGündəm

Millimiz Moldovaya uduzub

Movavi

Futbol üzrə Azərbaycan millisi bu gün təlim-məşq toplanışı çərçivəsində sonuncu yoldaşlıq oyununu keçirib.

“QİA.az”ın məlumatına görə, Canni De Byazinin baş məşqçi olduğu komanda Moldova yığmasının qonağı olub.

Kişineudakı “Zimbru” stadionunda oynanılmış qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 1:0. Yeganə qolu 8-ci dəqiqədə Vitali Damaşkan vurub.

Azərbaycan yığması oyunun böyük hissəsini hücumda keçirməsinə baxmayaraq, hesabı dəyişə bilməyib. Üstəlik, 81-ci dəqiqədə Bədavi Hüseynov zədələnərək, meydanı tərk etdikdən sonra əvəzləmə limiti tükəndiyi üçün komanda matçı 10 futbolçu ilə başa vurmalı olub.

Beləliklə, iki kollektiv arasında sayca 11-ci görüşdə Moldova dördüncü qələbəsini qazanıb. Azərbaycanın isə cəmi 2 qələbəsi var. Bu, həm də 9-cu yoldaşlıq matçı olub.

Hazırda rəqib komandaya “Neftçi”nin sabiq baş məşqçisi Roberto Bordin rəhbərlik edir.

6 iyun

Yoldaşlıq oyunu

20:00. Moldova – Azərbaycan – 1:0

Qol: Vitali Damaşkan, 8

Kişineu, “Zimbru” stadionu

Baş hakim: Marian Alexandru Barbu

Baş hakimin köməkçiləri: Vladimir Urzica, Mircea Orbulet

Dördüncü hakim: İon Orliç (hamısı Rumıniya)

Qeyd edək ki, daha əvvəl Alanyada Türkiyə yığmasına 1:2 hesabı ilə uduzan Azərbaycan millisi ardınca Minskdə Belarusu eyni hesabla yenib.

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button