Millimiz seçmə mərhələni məğlubiyyətlə bitirdi

Noy13,2020
Millimiz seçmə mərhələni məğlubiyyətlə bitirdi

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində son oyununu keçirib.

“QİA.AZ”ın məlumatına görə, Milan Obradoviçin baş məşqçi olduğu kollektiv İsveçrənin qonağı olub. Görüş meydan sahiblərinin əzmkar qələbəsi ilə yekunlaşıb – 2:1. Hesabı 22-ci dəqiqədə qonaq komandadan Ozan Can Kökçü açıb. 49-cu dəqiqədə Bastien Toma bərabərlik qolunu vurub. Oyunda son nöqtəni isə 90+1-ci dəqiqədə Filip Stojilkoviç qoyub.

Hazırda Azərbaycan yığması 2-ci qrupda 6 xalla 6 komanda arasında 5-ci yerdə qərarlaşıb. Lakin 3 xalla son pillədə olan Lixtenşteynin ehtiyatda bir oyunu var. İsveçrə isə 9 oyundan 24 xalla 1-ci yerdə gedir.

Oxşar Xəbərlər