Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsinin ¼ finalındakı rəqibi müəyyənləşib.
“QİA.az”ın məlumatına görə, bu, son çempion Portuqaliyadır.
Pireneylilər A qrupunun son matçında Ukraynanı məğlub edib – 1:0.
Qeyd edək ki, Azərbaycan millisinin görüşü iyunun 25-də Portuqaliyanın Nazare şəhərində keçiriləcək.