Azərbaycan yığması UEFA Millətlər Liqasının qrup mərhələsinin sonuncu – VI turunun Lüksemburqla oyunundan (0:0) sonra Bakıya tam heyətlə qayıda bilməyəcək.
“QİA.AZ”ın məlumatına görə, koronavirusa yoluxmuş milli üzvləri – Təmkin Xəlilzadə və Rahil Məmmədov Xorvatiyada, kapitan Maksim Medvedev isə Lüksemburqda qalacaq. Hər 3 futbolçu test nəticələri neqativ çıxanadək sözügedən ölkədə karantində olacaqlar.
Komandanın baş məşqçisi Canni De Byazi isə ölkəsi İtaliyaya yollanıb.
Xəlilzadə ilə Məmmədovda Monteneqro ilə matçdan (0:0) öncə infeksiya aşkarlanıb. Medvedevdən götürülən test nümunəsi isə qrupun son matçından əvvəl müsbət nəticə verib.
Qeyd edək ki, Azərbaycan yığması səfərə 29 futbolçu ilə çıxmışdı.