İyulun 2-də isveçrənin Cenevrə şəhərində start götürəcək akrobatika gimnastikası üzrə dünya çempionatı üçün Azərbaycan milli komandasının heyəti açıqlanıb.
“QİA.az”ın Azərbaycan Gimnastika Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, üç gün davam edəcək yarışa Murad Rəfiyev və Daniel Abbasov yollanıb. Onlar kişi cütlüyü proqramında çıxış edəcəklər.
Mənsumə Məmmədzadə, Leyla Bəşirova və Nəzrin Fərmanova isə elə eyni məkanda keçirilmiş Dünya Yaş Qrupları Yarışlarında qarışıq hərəkətlər proqramında bürünc medal qazanıblar. Onlar 12 – 19 yaşlılar arasında qadın qrupunda fərqləniblər.