Millimizin futbolçusu Türkiyədə əməliyyat olunub

İyn10,2021

Azərbaycan millisinin və “Sumqayıt”ın futbolçusu Tellur Mütəllimov Türkiyənin İstanbul şəhərində əməliyyat olunub.

QİA.AZ klubun rəsmi saytına istinadən xəbər verir ki, əməliyyatı uğurlu keçən 26 yaşlı yarımmüdafiəçi 1 həftədən sonra məşqlərə başlaya biləcək.

Qeyd edək ki, Tellur Mütəllimov ötən mövsüm “Sumqayıt”ın heyətində 25 oyunda ümumilikdə 2158 dəqiqə meydanda olub. O, həmin matçlarda 3 qol vurub.

Oxşar Xəbərlər