Millimizin futbolçusunun toyu oyuna görə təxirə salındı

May8,2024

Azərbaycan millisinin və “Sumqayıt”ın futbolçusu Rövlan Muradovun mayın 18-nə planlaşdırılmış toyu başqa tarixə keçirilib.

QİA.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, buna səbəb həmin gün çıxış etdiyi komandanın vacib oyununun olmasıdır.

Belə ki, avrokuboklara vəsiqə uğrunda mübarizə aparan “Sumqayıt” mayın 18-də “Sabah”la qarşılaşacaq. Bu səbəbdən futbolçunun şad günü mayın 22-nə keçirilib.

Qeyd edək ki, R.Muradov daha əvvəl yetirməsi olduğu “Qəbələ”də çıxış edib.

Oxşar Xəbərlər