Futbol üzrə Azərbaycan milli komandasının qarşıdakı yoldaşlıq görüşləri üçün heyəti açıqlanıb.
QİA.AZ-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, baş məşqçi Canni De Byazi qarşıdakı oyunlara 29 futbolçu çağırıb. Onlardan 2-si – Rüstəm Əhmədzadə və Anatoli Nuriyev Ukrayna “Minay”ından dəvət edilib. Qalan oyunçuların hamısı Azərbaycan Premyer Liqasında çıxış edir.
Əhmədzadədən əlavə, Höccət Haqverdi və Murad Xaçayev (hər ikisi “Sumqayıt”) yığmaya ilk dəfə çağırılıb. Onların hər üçü milliləşdirilib.
Qeyd edək ki, Azərbaycan millisi mayın 27-də Alanyada Türkiyə, iyunun 2-də Minskdə Belarus, iyunun 6-da isə Kişineuda Moldova ilə yoldaşlıq oyunu keçirəcək.
S/S | AD, SOYAD | KLUB |
1 | Emil Balayev | Qarabağ |
2 | Aydın Bayramov | Sumqayıt |
3 | Mehti Cənnətov | Sumqayıt |
4 | Maksim Medvedev | Qarabağ |
5 | Rahil Məmmədov | Qarabağ |
6 | Anton Krivotsyuk | Neftçi |
7 | Şəhriyar Əliyev | Keşlə |
8 | Bədavi Hüseynov | Qarabağ |
9 | Azər Salahlı | Keşlə |
10 | Təmkin Xəlilzadə | Sabah |
11 | Abbas Hüseynov | Qarabağ |
12 | Elvin Cəfərquliyev | Qarabağ |
13 | Hoccət Haqqverdi | Sumqayıt |
14 | Elvin Bədəlov | Sumqayıt |
15 | Sərtan Taşkın | Zirə |
16 | İsmayıl İbrahimli | Qarabağ |
17 | Murad Xaçayev | Sumqayıt |
18 | Anatoli Nuriyev | Minay (Ukrayna) |
19 | Rəhim Sadıxov | Sumqayıt |
20 | Aleksey İsayev | Sabah |
21 | Qara Qarayev | Qarabağ |
22 | Toral Bayramov | Qarabağ |
23 | Emin Mahmudov | Neftçi |
24 | Elvin Camalov | Zirə |
25 | Vüqar Mustafayev | Sumqayıt |
26 | Namik Ələskərov | Neftçi |
27 | Əli Qurbani | Sumqayıt |
28 | Ramil Şeydayev | Sabah |
29 | Rüstəm Əhmədzadə | Minay (Ukrayna) |