Millimizin heyəti açıqlandı

Yan18,2021
Millimizin heyəti açıqlandı

Futzal üzrə Avropa çempionatının seçmə qrup mərhələsində Slovakiya və Yunanıstanla keçirəcəyi oyunlar üçün Azərbaycan milli komandasının heyəti açıqlanıb.

“QİA.AZ”ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, baş məşqçi Joze Alesio Da Silva bu gün Bakı İdman Sarayında başlanacaq təlim-məşq toplanışına 20 futzalçı çağırıb. Onlardan Oliveira Villiams, Eduardo Borges, Everton Kardoso, Teles Martin Tyaqo və Rafael Vilela komandaya yanvarın 23-dən sonra qoşulacaq.

AD, SOYADKLUB
1Ramiz ÇovdarovAraz
2Rövşən HüseynliAraz
3Emin KürdovEKOL
4Rizvan FərzəliyevAraz
5İsa AtayevAraz
6Xətai BağırovAraz
7Hadi AhmadiAraz
8Amir ŞojaeAraz
9Fineo De AraujoAraz
10Oqtay RüstəmliNeftçi
11Tofiq MikayılovEKOL
12Oruc BəxşəlizadəNeftçi
13Kənan ManafovNeftçi
14Samir HəmzəyevEKOL
15Nihad İsmayılovklubsuz
16Oliveira Villiams “Vassoura”klubsuz
17Eduardo BorgesHalle Gooik (Belçika)
18Everton Kardoso “Qalo”Levante (İspaniya)
19Rafael VilelaPalma Futsal (İspaniya)
20Teles Martins Tyaqo “Bonilla”Salines Tuzla City (Bosniya və Herseqovina)

Qeyd edək ki, Slovakiya ilə oyun yanvarın 29-da Bakıda, Yunanıstanla görüş isə fevralın 2-də Afinada olacaq.

Oxşar Xəbərlər