Avropa çempionatının seçmə mərhələsində Azərbaycanla qarşılaşacaq İsveçrə millisində koronavirusa növbəti yoluxma halları aşkarlanıb.
“QİA.AZ” federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, daha 3 futbolçunun testi müsbət çıxıb.
Bunlar Jeremi Giymeno, Den Ndoye və Yasper van der Verffdir. Hər üç oyunçu karantinə alınıb və qarşıdakı matçlarda komandalarına kömək edə bilməyəcək.
Əvəzində isə daha əvvəl infeksiyaya yoluxmuş Noa Okafor sıraya dönüb.
Qeyd edək ki, noyabrın 12-də Tyun şəhərindəki eyniadlı arenada baş tutacaq İsveçrə – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. İsveçrəlilər qrupun son matçında isə Fransanın qonağı olacaq. Həmin qarşılaşma noyabrın 17-də baş tutacaq.