Azərbaycanın qadın güləşi üzrə yığma komandasının Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək Dünya Olimpiya Təsnifat Turniri üçün heyəti açıqlanıb.
Bu barədə “QİA.az”a yığmanın baş məşqçisi Aslan Ağayev məlumat verib.
Onun sözlərinə görə, yarışa Türkan Nəsirova (53 kq), Alyona Kolesnik (57 kq), Tatyana Omelçenko (62 kq), Elis Manolova (68 kq) və Gözəl Zutova (76 kq) yollanacaq.
Qeyd edək ki, Sofiyadakı yarış 6 – 9 mayda gerçəkləşəcək. Azərbaycanın qadın güləşçisi Mariya Stadnik (55 kq) Tokiodakı Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.