Millimizin yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşib

May6,2024

Azərbaycan milli komandasının beynəlxalq yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşib.

QİA.az  AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, millimiz iyunun 11-də Macarıstanın “Haladas SportKomplexum” stadionunda Qazaxıstan kollektivi ilə qarşılaşacaq.

Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan milli komandası iyunun 7-də, Bakı vaxtı ilə saat 21:00-da eyni məkanda Albaniya yığması ilə beynəlxalq yoldaşlıq görüşü keçirəcək.

Oxşar Xəbərlər