“Mimino”nun ssenari müəllifi vəfat edib

İyn6,2021

Tanınmış gürcü ssenarist, teatr və film rejissoru, rəssam Rezo Qabriadze vəfat edib.

“QİA.az” xəbər verir ki, o, 84 yaşında dünyasını dəyişib.

R.Qabriadze 1936-cı ildə Kutaisi şəhərində anadan olub. O, “Ne qoryuy”, “Mimino”, “Kin dza dza” da daxil olmaqla, 35-dən çox filmin ssenari müəllifi olub.

1981-ci ildə R.Qabriadze Tbilisi Marionet Teatrını yaradıb. Teatr onun adını daşıyır.

O, SSRİ Dövlət mükafatçısı (1989), “Nika”, “Triumf”, “Qızıl maska” (Rusiya) mükafatlarının sahibidir, həmçinin Fransanın İncəsənət və Ədəbiyyat ordeninin kavaleri olub.

Oxşar Xəbərlər