Özümdən getdim, ayılanda gördüm ki, qardaşım şəhid olub”
Bu sözləri Mina qurbanı Asif Əhmədov deyib.
O bildirib ki, 2020-ci ildə yaşadığı Füzuli rayonunun Alxanlı kəndində minaya düşüb:
“Birinci qardaşım minaya düşdü. Mən isə ona kömək edərkən minanın qurbanı oldum. Özümdən getdim, ayılanda gördüm ki, qardaşım şəhid olub. Çox ağrılı idi. Mənim üçün dözülməz idi”.