Gündəm

Mina təhlükəsizliyinə dair təlimlərə başlanıb

Movavi

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC), Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) dəstəyi ilə iyunun 1-də Ağdam rayonunun Quzanlı qəsəbəsində mina təhlükəsizliyinə dair maarifləndirmə təlimlərinə başlanılıb.

“QİA.az” xəbər verir ki, Uşaqların Beynəlxalq Müdafiəsi Günündə keçirildiyi üçün təlimlərə, ilk növbədə, məcburi köçkün məktəblilər cəlb ediliblər. AzQAC-ın və BQXK-nın yüksək ixtisaslı təlimçiləri onlara mina təhlükəsindən qorunmağın, risklərdən uzaq olmağın vacibliyini simulyativ oyunlarla izah edib, konkret situasiyalarda təhlükəsiz davranışın üsul və qaydalarını öyrədiblər.

Təlimləri uğurla başa çatdıran məktəblilərə Qobu park yaşayış kompleksində yerləşən “Xarı Bülbül” sənət mərkəzində çalışan məcburi köçkünlər tərəfindən hazırlanmış hədiyyələr təqdim edilib.

Mina təhlükəsinə qarşı müdafiə təlimləri iyunun 2-də Tərtər, iyunun 3-də Füzuli rayonlarında davam etdiriləcək. Təlimlərə müxtəlif yaş və peşə kateqoriyaları üzrə seçilmiş əhali qrupları cəlb ediləcək. Üç sessiyadan ibarət olacaq hər bir təlimin iştirakçıları risklər və təhlükəsiz davranış haqqında maarifləndiriləcək, onlara fərqli mina növləri, müharibənin partlayıcı qalıqları və əldəqayırma partlayıcı qurğular barədə məlumat veriləcək, minalardan və müharibənin partlayıcı qalıqlarından qorunmaq qaydaları öyrədiləcək.

Xatırladaq ki, Dövlət Komitəsi 2019-cu ilin aprel və sentyabr aylarında Qarabağın işğaldan azad edilmiş ərazisində, hazırda Tərtər rayonunun inzibati vahidi olan Şıxarx qəsəbəsində, 2020-ci ilin sentyabr ayında isə Ağdam rayonunun Quzanlı qəsəbəsində ilk yardım göstərilməsi üzrə təlimlər təşkil edib. Maarifləndirici xarakter daşıyan, praktiki məşğələlərdən ibarət olan və iştirakçılar tərəfindən müsbət qarşılanan mülki müdafiə təlimlərinin digər rayonlarda da keçirilməsi nəzərdə tutulub.

Mina təhlükəsizliyinə dair təlimlərə başlanıb
Mina təhlükəsizliyinə dair təlimlərə başlanıb
Hire Freelancers

Əlaqəli xəbər

Back to top button