Azərbaycanda mina və partlamamış hərbi sursatların təhlükəsinə dair maarifləndirmə işi çərçivəsində müəllim və şagirdlər üçün dərs vəsaitləri çap olunacaq.
“QİA.az”ın məlumatına görə, layihənin sifarişçisi Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyidir.
Layihəni “İdeal-Print” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) həyata keçirəcək.
Dərsliklərin hazırlanması üçün MMC-yə 31 050,5 manat vəsait ayırılıb.