Minaların partlaması ilə əlaqədar dinc sakinlərin həlak olmasının qarşısını almaq lazımdır – Aİ nümayəndəsi

İyn5,2021

Minaların partlaması ilə əlaqədar dinc sakinlərin həlak olmasının qarşısını almaq lazımdır.

QİA.AZ-ın məlumata görə, bu barədə Avropa İttifaqının xarici əlaqələr üzrə rəsmi nümayəndəsi Piter Stano öz “Twitter” səhifəsində yazıb.

O vurğulayıb ki, Azərbaycanın azad edilmiş ərazilərinin minalardan təmizlənməsi üçün lazım olan məlumatların mübadiləsini keçirmək lazımdır.

Xatırladaq ki, iyunun 4-də Azərbaycan Televiziyasının operatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və 1982-ci il təvəllüdlü Azərtac İnformasiya Agentliyinin əməkdaşı Məhərrəm İbrahimov (Əlioğlu) Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olublar.

Həmin şəxslər işğaldan azad olunmuş ərazilərdə Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılmış yaşayış məntəqələrinin çəkilişini həyata keçirirdi.

Oxşar Xəbərlər