Mingəçevirdə tibb işçilərinin maaşı azaldılıb, kartları isə hələ də verilməyib.
Xezerxeber.az-ın məlumatına görə, bu iddia ilə Mingəçevir Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları çıxış ediblər.
İşçilər bildiriblər ki, yeni yaradılan Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə işə qəbul ediliblər. Bundan sonra isə onların maaşında azalma olub, müəyyən güzəştlər hesablanmayıb.
İşçilər həmçinin bildiriblər ki, hazırda təcili yardım avtomobillərinin hamısı işlək vəziyyətdə deyil. Cəmi üç-dörd maşınla şəhərdəki çağırışlara gedirlər.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən məsələ ilə bağlı bildirilib ki, hazırda araşdırma aparılır.
Qeyd edək ki, Mingəçevir Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında 200-dən artıq işçi çalışır.