“Ermənistan Azərbaycan və Türkiyə ilə bütün regional, beynəlxalq nəqliyyat kommunikasiyalarının açılmasına hazırdır”.
QİA.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan “Al Jazeera” telekanalına müsahibəsində deyib.
O vurğulayıb ki, regional nəqliyyat əlaqələrinin bərpası ölkələrin iqtisadi tərəqqisinə xidmət edəcək.