“Ermənistan rəhbərliyi erməni xalqının sahib olduğu Avropa meyllərini rəhbər tutacaq”.
Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanda Avropa Şurasının Siyasi və Təhlükəsizlik Məsələləri Komitəsinin nümayəndə heyəti ilə görüşündə bildirib.
Cənubi Qafqazda təhlükəsizlik məsələlərinə toxunan Mirzoyan Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesində baş verən son hadisələrdən danışıb.
Ermənistan Respublikasının sülhü əldə etmək imkanından istifadə etməyə hazır olduğunu vurğulayan XİN rəhbəri qeyd edib ki, “bu, sülh müqaviləsinin əsas məsələləri üzrə qarşılıqlı razılaşmanın mövcudluğunu, xüsusən də ərazi bütövlüyünün tanınmasının qarşılıqlı təsdiqini və 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanan delimitasiyanı nəzərdə tutur”.
Mənbə: TASS