Azərbaycanda mişardaşı kəskin bahalaşıb.
Bu barədə “Qaynarinfo”ya açıqlamasında əmlak eksperti Elnur Əsədov məlumat verib.
Ekspert bildirib ki, mişardaşının qiyməti əvvəlki satış qiyməti ilə müqayisədə 10-15% artıb:
“Bunun səbəbi karxanaların fəaliyyəti ilə əlaqədardır. Karxanaların sayı azalıb. Məhdudiyyətlər var”.
Xatırladaq ki, mişardaşının bir ədədinin qiyməti 45 qəpik idi, bu gün isə 60 qəpiyə təklif olunur.