Siyasət

Misir parlamentinin komitə sədrindən Prezident İlham Əliyevə təbrik məktubu gəlib

Misir parlamentinin Dini məsələlər və vəqflər komitəsinin sədri Prof. Dr. Əli Cümədən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

QİA.AZ xəbər verir ki, məktubda deyilir:

“Zati-aliləri,

8 Noyabr – Zəfər Günü münasibətilə Sizə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram. Qardaş Azərbaycan beynəlxalq səviyyədə tanınmış torpaqlarını bu Zəfərlə geri qaytarmışdır. Bu, ölkənin, hətta regionun inkişafına töhfə verəcək və dünyada sülhü təşviq edəcəkdir.

Allaha dua edirik ki, qardaş Azərbaycan Respublikası Sizin müdrik və uzaqgörən rəhbərliyinizlə daim əmin-amanlıq və tərəqqi içində yaşasın.

Bir daha Sizə səmimi salamlarımı və xoş arzularımı çatdırıram”.

Əlaqəli xəbər

Back to top button