Misirdə kütləvi dava zamanı azı 10 nəfər öldürülüb, xəsarət alanlar var

Misirin Kena əyalətində iki ailə arasında kütləvi dava nəticəsində azı 10 nəfər həlak olub, daha 7 nəfər xəsarət alıb.

“QİA.az” xəbər verir ki, bu barədə “Masrawy” portalı məlumat yayıb. Məlumata görə, ailələr arasında münaqişəyə suvarma nasosu üstündə mübahisə səbəb olub. Bu zaman 1 nəfər öldürülüb.

Bundan sonra, həlak olan şəxsin ailəsi mikroavtobusa atəş açıb. Qeyd edilir, həlak olanlardan 8-nin şəxsiyyəti müəyyən edilib. Onlardan ən böyüyü 65, ən kiçiyi 8 yaşındadır.

Portal yazdığına görə, hadisə yerinə təhlükəsizlik qüvvələrinin əməkdaşları gəlib və bir sıra tədbirlər görülüb.

Oxşar Xəbərlər