MLS-də tarixin ən yaxşı qolunu Zlatan İbrahimoviç vurub

Dek18,2020
MLS-də tarixin ən yaxşı qolunu Zlatan İbrahimoviç vurub

ABŞ-ın MLS çempionatı tarixində ən yaxşı qol müəyyənləşib.

“QİA.AZ” yarışın rəsmi saytına istinadən xəbər verir ki, bu qola hazırda İtaliyanın “Milan” klubunda çıxış edən “Los-Anceles Qelaksi”nin sabiq futbolçusu Zlatan İbrahimoviç imza atıb.

39 yaşlı hücumçunun 2018-ci ildə “Los Anceles”lə derbi matçının 77-ci dəqiqəsində uzaq məsafədən endirdiyi dəqiq zərbə ən yaxşı seçilib.

Qeyd edək ki, Zlatan İbrahimoviç 2018 – 2020-ci illərdə MLS-də oynayıb.

Oxşar Xəbərlər