MN: Ordumuzun atəşi nəticəsində erməni hərbçinin ölümü məlumatı həqiqətə uyğun deyil

Avq16,2021

Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində guya Azərbaycan Ordusu bölmələrinin atəşi nəticəsində erməni hərbi qulluqçunun həlak olması barədə Ermənistan tərəfinin yaydığı məlumat həqiqətə uyğun deyil.

Bu barədə QİA.AZ-a Müdafiə Nazirliyindən bildiriblər.

“Əksinə, gün ərzində Ermənistan silahlı qüvvələri tərəfindən müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.
Qarşı tərəfin guya bölmələrimizin itki verməsi barədə yaydığı məlumat da yalandır”, – deyə nazirlikdən əlavə ediblər.

Oxşar Xəbərlər