MN: Sərhəd yaxınlığında Ermənistan tanklarının cəmləşməsi müşahidə edilib

May27,2021
Müdafiə Nazirliyi

Səhər saatlarında sərhəd yaxınlığında Ermənistan silahlı qüvvələrinin tanklar da daxil olmaqla bir neçə döyüş texnikasının cəmləşməsi müşahidə edilib.

“QİA.az”ın xəbərinə görə, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.

“Tərəfimizdən görülən tədbirlər nəticəsində onların hərəkətinin qarşısı alınıb. Hazırda bu istiqamətdə əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır”, – məlumatda qeyd olunub.

Oxşar Xəbərlər