Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov ölkənin hakim Sosialist Partiyasının sədri, keçmiş prezident İqor Dodon ilə görüşüb.
“QİA.az”ın məlumatına görə, görüşdə Azərbaycan və Moldova arasında ikitərəfli əməkdaşlıqla bağlı müxtəlif məsələləri müzakirə edilib, humanitar, ticarət və enerji sahələri də daxil olmaqla bir sıra prioritet istiqamətlər üzrə münasibətlərin genişləndirilməsinin vacibliyi vurğulanıb.
Eyni zamanda, görüşdə qarşı tərəf Azərbaycandan olan sərmayədarların Moldova iqtisadiyyatına cəlb edilməsində maraqlı olduğunu deyib, Moldovada, xüsusilə ölkənin Qaqauz Muxtar Ərazisində bir sıra irihəcmli sosial və humanitar layihələrin həyata keçirilməsinə görə Azərbaycana minnətdarlıq ifadə olunub.