Kişineu rayon məhkəməsi Rusiya imperiyasında istifadə edilən qara-sarı-ağ bayrağı ekstremist atribut elan edib.
Müvafiq qərar məhkəmənin rəsmi saytında dərc olunub.
Qətnamədə qara, sarı və ağ rəngli üç üfüqi xətti olan bayrağın ekstremist xarakter daşıdığı bildirilir.
Moldova hakimiyyəti hələlik bu qərarı şərh etməyib.
Qeyd edək ki, 2022-ci ildə respublika parlamenti ölkədə Georgi lentinin nümayişi və paylanmasına görə cərimələr tətbiq edib.
Mənbə: TASS