Moldova Prezidenti Mayyu Sandunun “Hərəkət və Həmrəylik” Partiyası parlament seçkilərində səslərin 52,53 %-ni toplayıb.
Bu barədə “QİA.AZ” TASS-yə istinadən xəbər verir.
Bülletenlərin 99,58 %-nin emalından sonra ikinci yerdə olan Kommunist və Sosialistlərin Seçki Bloku 27,36 % səs toplayıb.
Onlardan başqa seçki hüdudunu 5,78 % səs qazanmış regional Şora Partiyası keçə bilib. Büttenlərin emalı rəsmən tamamlanmasa da, kommissiyanın məlumatına görə, parlamentdəki 101 mandatdan əksəriyyətini M.Sandunun rəhbərlik etdiyi partiya qazanıb.