Moskva-Bakı reysləri ilə Azərbaycana hansı vətəndaşlar gələ bilər?

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) xarici ölkələrdən Bakıya yerinə yetirdiyi xüsusi reyslərə Azərbaycan vətəndaşları ilə yanaşı, buraxılan şəxslər açıqlanıb.

“QİA.AZ” AZAL-a istinadən xəbər verir ki, həmin şəxslər aşağıdakılardır:

– Azərbaycan Respublikasında akkreditə olan xarici diplomatik nümayəndəlik və konsulluqların rəhbərləri, əməkdaşları və onların ailə üzvləri;

– Valideynlərdən biri, həyat yoldaşı və ya azyaşlı övladı Azərbaycan Respublikası vətəndaşı olan əcnəbilər;

– Azərbaycanda işləmək icazəsi olan əcnəbilər;

– Azərbaycanda müvəqqəti və ya daimi yaşamaq icazəsi olan əcnəbilər;

– Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələr.

Xatırladaq ki, AZAL fevralın 17-dən etibarən Bakı-Moskva-Bakı marşrutu üzrə xüsusi reyslərin yerinə yetirilməsinə başlayır. Məlumata görə, uçuşlar həftədə iki dəfə – həftənin çərşənbə və bazar günləri “Domodedovo” hava limanına yerinə yetiriləcək. Bakı-Moskva istiqamətində aviareysin sərnişinlərinin Rusiya ərazisinə giriş hüququ olmalıdır.

Oxşar Xəbərlər