Moskva hava limanlarında 40-dan çox uçuş ertələnib

Fev12,2021

Moskvada davam edən güclü qar yağıntısı səbəbindən 40-dan çox aviareys ertələnib və ya gec gəlib, daha 10 reys isə, ümumiyyətlə, təxirə salınıb.

QİA.AZ TASS-a istinadən xəbər verir ki, bunu Rusiya paytaxtının hava limanlarının onlayn tablosundan görmək olar.

Şeremetyevoda 10 reys təxirə salınıb, Vnukovoda 19 reys ertələnib, ikisi ləğv edilib. Domodedovoda 4 reys təxirə salınıb, 15-i gecikmədədir. Jukovskidə 4 reys ertələnib.

Hidrometeorologiya Mərkəzindən verilən məlumata görə, Moskvada güclü qar yağışı fevralın 13-14-dək davam edəcək. Eyni zamanda qar çovğunu olacağı da proqnozlaşdırılır. Üç gün ərzində Rusiya paytaxtına orta hesabla 25-30 mm yağıntı düşəcək.

Oxşar Xəbərlər